Xızıda kişi qadın paltarı geyinərək daha 2 nəfər tanışı ilə soyğunçuluq ediblər. Bu haqda mayın 10-da Oxu.az məlumat yayıb.
Bununla bağlı Xızının Silatçay kəndində bir nəfər polisə şikayət edib və bildirib ki, onu bıçaqla hədələyərək 290 manat pulunu alıblar.
Quldurluğu törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, Oğuz rayon və Sabirabad rayon sakini saxlanılıblar.
Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.
Faktla bağlı hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.