Xocavəndin minalardan tam təmizlənməmiş ərazisindən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar. Bu haqda APA mayın 27-də xəbər paylaşıb.
Üç nəfər Füzuli rayon sakini avtomobillərlə sözügedən əraziyə keçərək qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayıblar.
Saxlanılan hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.