Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb. Bu haqda mayın 24-də Report xəbər yayıb.
Rayonun Hünərli kəndində Füzuli rayon sakini Vəzir İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili polislər saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.
Faktla bağlı protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib. Qərara əsasən, o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.