Bakıda mənzildə yanğın zamanı meyiti aşkarlanan 61 yaşlı qadının qətlə yetirildiyi məlum olub. Bu barədə hüquq-mühafizə orqanlarından Report-a məlumat verilib.
Araşdırılma zamanı qadının üzərində zorakılıq əlamətləri aşkar edilib.
Hadisənin təfərrüatının müəyyən olunması istiqamətində istintaq tədbirləri davam edir. Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə mayın 26-da paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Yanğın 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 3 otaqlı mənzildə baş verib.