Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub. Bu barədə mayın 19-da Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan və istifadə olunmayan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Zirzəmi yanğından mühafizə olunub. Yanğın söndürülüb.