Sabah, iyunun 30-u saat 08:00-dan iyulun 3-ü saat 20:00-dək Bakının Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən dayandırılacaq. Bu haqda iyunun 29-da Report Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat paylaşıb.
Buna səbəb sözügedən ərazidə aparılacaq təmir işləridir.
Sürücülərdən təmir işlərinin aparıldığı ərazidə diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.