Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Bu haqda 19 may tarixində Lent.az məlumat yayıb.
Hadisə Zaur Kərimov küçəsində qeydə alınıb. Ailəsi ilə birgə yaşayan 49 yaşlı kişi yardımçı tikilidə özünü asıb.
Onun hansı səbəbdən həyatına son qoyması hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.