Bakının Yasamal rayonunda mayın 13-də intiharın qarşısı alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin eyvanına çıxan vətəndaş intihar etmək istəyib.
Aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.