Laçın və Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək. Bu, Nazirlər Kabinetinin 21 iyun tarixində təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əks olunub.
Tədbirlər Planına əsasən, tikilən stansiyanın gücü 400 MVt olacaq.
Həmçinin, Plan çərçivəsində azad olunmuş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri yaradılacaq, küçə və yolların işıqlandırılmasında “yaşıl texnologiyalar” tətbiq olunacaq.