2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının yayım hüququnu İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün 640 min dolların manat ekvivalentində vəsait ayrılıb. Bu barədə 24 may tarixində Sərəncam imzalanıb.
Sərəncama əsasən, vəsait Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.