Yeni dövlət rüsumu müəyyənləşib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə bu, öz əksini tapıb.
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.