Cari ilin ilk 5 ayı ərzində ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 51,1% artaraq 8,4 milyard manatdan çox olub. Bu barədə 13 iyun tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, indiyədək Azərbaycanda 62 747 ədəd yeni nəsil NKA quraşdırılıb.
Cari ilin iyun ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı 685 minə yaxın olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı isə 5,7% artaraq 36 666-ya çatıb.