Azərbaycanda media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir. Bununla media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək. Bu, dekabrın 9-da “Media haqqında” qanun layihəsində əksini tapıb.
Həmçinin qanuna əsasən, çap və onlayn medianın təsis edilməsi üçün dövlət qurumlarından rəsmi icazə tələb olunmayacaq. İnternet televiziyalarının da lisenziya alması məcburi xarakter daşımayacaq.
Qeyd edilib ki, layihə sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləməyəcək.