Ermənistan-İran sərhədində xəsarətlə nəticələnən daha bir hadisə baş verib. Bu barədə İnsanoid GuneyAzFront-a istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Ermənistan vətəndaşının idarə etdiyi yük maşını güney azərbaycanlı uşağı vurub. Qəza nəticəsində uşaq ayağından ağır xəsarət alıb.
Bundan az müddət öncə Xoydan olan azərbaycanlı sürücü Ümid İmanqulizadə gömrük postunda erməni sərhədçiləri tərəfindən amansızcasına döyülmüşdü.
“Günaz TV”nin məlumatına əsasən, xəsarət alan şəxs vəfat etmişdir.
Lakin İranın Qafandakı baş konsulu Morteza Abedin Varam hadisəni şərh edərkən bildirmişdir ki, döyülən sürücünün vəziyyəti yaxşıdır. Eləcə də Ermənistan polisinə şikayət edildiyi bildirilib.