IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Yevlax şəhərində 600 nəfər sakinin yaşadığı həyət abadlaşdırılaraq istifadəyə verilib.
İDEA-dan dekabrın 29-da verilən məlumata görə, yenilənmiş həyət Heydər Əliyev prospekti 10 saylı binanın ərazisini əhatə edir.
Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınıb.
Sahəsi 1 hektar olan həyətin ərazisində həmçinin açıq havada şahmat və futbol meydançası, tullantılar üçün qutular quraşdırılıb.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 60 ədəd ağac əkilib və yaşıllıq zolağı da salınıb.
Sözügedən həyət "Bizim həyət" layihəsi çərçivəsində Yevlaxda abadlaşdırılan ilk həyətdir.