Yevlax-Bərdə avtomobil yolunda xəsarətlə nəticələnən qəza olub. Bu barədə 16 oktyabr tarixində Report.az xəbər yayıb.
Yolun Yevlax rayonu ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Nəticədə 3 nəfər: Ağdaş rayon sakini, 26 yaşlı E.Hacıyev və daha 2 nəfər xəstəxanaya aparılıblar. Hacıyevin vəziyyəti orta-ağır, digərlərinin isə kafidir.
Faktla bağlı araşdırma aparılır.