Yevlax sakinindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Bu barədə oktyabrın 18-də APA xəbər yayıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb. Ondan 45 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.