Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan ata və oğul saxlanılıb. Bu barədə iyunun 22-də Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Onların rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət Kərimov olduğu müəyyən edilib. Babaş Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.