Yevlaxda iyunun 5-də intihara cəhd hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, bir nəfər həyatına son qoymaq məqsədilə özünü Kür çayına atıb. Hadisə yerinə nazirliyin əməkdaşları cəlb olunub.
Həmin vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.