Qalıqları aşkar edilən, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Əliş oğlu Hümbətovla Yevlax şəhərində keçirilən vida mərasimi başa çatıb. Bu barədə 19 iyul tarixində Report məlumat verib.
Şəhidin nəşinin qalıqları Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.