Yevlaxda itlə gəzən şəxslər polis tərəfindən saxlanılan zaman “pitbull” cinsli iti onların üzərinə qısqırdıblar. Bu barədə oktyabrın 13-də Qafqazinfo xəbər yayıb.
Hadisə rayonun Bakıxanov küçəsində baş verib. Onların gecə saatlarında küçədə və itlə gəzməsinin şübhəli olduğunu bildirən polislər həmin şəxsləri sorğu-sual ediblər. Həmin şəxslər mübahisə yaradaraq xidmət başında olan əməkdaşların tələblərinə qarşı çıxıblar.
Bundan sonra ərazidəki polislərin köməkliyi ilə vətəndaşlar saxlanılıblar. Məhkəmənin qərarı ilə bir nəfərə 8, digərinə isə 15 gün inzibati həbs cəzası verilib.