Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində 10 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 25-də Report məlumat paylaşıb.
Goranboy rayonundan Bakıya gedən "Ford" markalı mikroavtobus traktorla toqquşub. Nəticədə 10 nəfər Goranboy rayon sakini xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma davam edir.