Yevlaxda polis narkotik yetişdirən şəxsi saxlayarkən xəsarət alıb. Bu barədə iyunun 30-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Narkotik tərkibli bitkilərin əkilib-becərilməsini təşkil edən Hacıselli kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.