Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb. Bu barədə 4 iyul tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayonunun Havarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1953-cü il təvəllüdlü həmyerlisini vurub.
Nəticədə piyada ağır xəsarətlər alıb və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.