Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə iyunun 18-də Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib.
Belə ki, Qaroğlan kənd sakininin qəbiristanlığın yaxınlığında narkotik tərkibli bitkilərin yetişdirdiyi məlum olunub. Araşdırmalar zamanı qamış kollarının içərisindəki sahədə hündürlüyü 3 metrədək olan 39 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.