Yevlaxda üçmərtəbəli binada, Hacıqabulda isə tövlədə yanğın baş verib. Bu barədə iyunun 8-də Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat verilib.
Yevlax şəhərində üçmərtəbəli binanın 3-cü mərtəbəsində sahəsi 49 m² olan otaqda 1 ədəd kondisioner və 1 ədəd dolab yanıb.
Hacıqabul şəhərində isə sahəsi 70 m² olan tövlənin dam örtüyünün 30 m² sahədə yanar konstruksiyaları , damına yığılan 2 ton ot bağlaması və 1 ton arpa yanıb.
Hər iki yanğın söndürülüb.