Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov dəfn edilib. Bu barədə 20 sentyabr tarixində Report xəbər verib.
Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Dəfndə şəhidlərin ruhuna dualar oxunub, mərhumun qəbri üzərinə tər güllər düzülüb.