Rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun “wargonzo” səhifəsi Ukraynadakı müharibəni işıqlandırarkən YouTube şəbəkəsinin qaydalarını pozub, nəticədə səhifə silinib. Bu haqda iyunun 20-də Semyon Peqov sosial şəbəkədə məlumat paylaşıb.
“Wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında dezinformasiya yaymaqla məşğul olub. Səhifə erməni əsilli media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilir.
Semyon Peqov “Artsax” adlandırılan qanunsuz qondarma rejimi dəstəkləyib. O, İkinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb və bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşıb.