Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 29 iyun tarixində xəbər verir.
Hadisə paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində - Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.