“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub. Bu haqda iyunun 24-də APA məlumat verib.
Belə ki, 1052 iştirakçıdan 332-si yarımfinalda iştirak hüququ qazanıb. Bakı üzrə 214, regionlar üzrə 118 nəfər iştirakçı növbəti mərhələyə buraxılıb. Onlardan 280 nəfəri kişi, 52 nəfəri isə qadındır.
Maksimal bal 705, keçid balı isə 540 təyin edilib.
Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir.