Bakının Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda mayın 20-də qəza baş verib. Bu haqda APA xəbər verib.
“Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb. Qəza zamanı xəsarət alan olmayıb.
Avtomobillər ərazidən uzaqlaşdırılıb.