Ölkənin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalında təmir işləri gedir. Bu haqda iyunun 8-də “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.
Təmir işləri yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı aparılır. Su itkisinə qarşı mübarizə tədbirləri çərçivəsində kanalın alçaq, ensiz yerlərinə torpaq tökülür. Kanalın daxili yamaclığında olan kol-kos təmizlənir, lil qatı xaric olunur.
Öz mənbəyini Mingəçevir Su Anbarından götürən bu kanal 11 rayona xidmət edir. Kanalın uzunluğu 172,4 kilometrdir.