Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 27-də APA xəbər yayıb.
Məlumata görə, 1-ci Tramvay küçəsində avtomobil yolu keçən 33 yaşlı şəxsi vurub. Yaralı hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma davam edir.