Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın birinci ongünlüyündə istismara verilməsi gözlənilir. Bu barədə Report-a mayın 28-də AZAL-ın nümayəndəsi bildirib.
Bildirilib ki, aeroportda işlərin 60 %-i tamamlanıb. Uçuş-enmə zolağına asfalt örtüyü vurulur. “Uçuş-enmə zolağında, aeronaviqasiya avadanlıqlarında və qüllədə işlər bu ilin iyul ayında, qalan digər qurğularda isə işlər avqustun sonunda, sentyabrın əvvəlində bitəcək”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, hava limanının təməli ötən ilin aprel ayında qoyulub.
[URIS id=50581]