Zəngilan Hava Limanına beynəlxalq status verilib. Bu barədə oktyabrın 14-də Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Cari ilin aprel ayında təməli qoyulan Zəngilan Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ikinci aeroport kimi istifadəyə veriləcək.
Uçuş-enmə zolağının uzunluğu 3 kilometr təşkil edəcək. Açılışın oktyabrın ortalarında baş tutacağı gözlənilir.