Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu haqda President.az xəbər yayıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.Dövlət başçıları hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Hava limanında yaradılan şəraitlə tanış olunub.
Xatırladaq ki, Türkiyə lideri ötən ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışında da iştirak etmişdi.
[gallery columns="2" size="full" link="file" ids="89843,89844"]