Zəngilanın Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində su ehtiyatları ilə bağlı beynəlxalq konfrans keçirilir. Bu haqda iyunun 29-da Trend məlumat verib.
Konfrans “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda təşkil olunub.
Tədbirdə işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun bərpası, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahələri müzakirə olunur.