Ağdam rayonunun 18 yaşlı sakini Zaqatalada 34 yaşlı şəxsə xəsarətlər yetirib. Bu haqda iyunun 8-də Report məlumat paylaşıb.
Gənc rayonun məcburi köçkünlərin məskunlaşdığı qəsəbəsində yaşayan 34 yaşlı sakinə münaqişə zəminində bir neçə bıçaq zərbəsi endirib.
Zərərçəkmiş kürəyindən daxilə keçməyən bıçaq xəsarəti və başın açıq yarası xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb. Əməli törədən gənc isə saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.