Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolunun yenidən qurulmasına başlanılıb. Bu barədə 10 may tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, 22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bildirilib ki, ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da planlaşdırılıb.
Qeyd olunub ki, yol nişanları və avtobus dayanacaqları quraşdırılacaq.
[URIS id=47562]