Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəyəmçay su anbarının yaradılması istiqamətində işlərə başlayıb. Bu haqda iyunun 2-də Report məlumat verib.
Hazırda texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır.
Yeni su anbarı Prezident İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı əsasında yaradılır. Həmin sərəncamda əlavə olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə və Viləşçay su anbarlarının yaradılması da nəzərdə tutulub.