Xəzər rayonunun Zirə qəsəbəsinin Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani və Həsrət Ağamalıoğlu küçələrində yollar təmir edilir. Bu haqda iyunun 23-də AAYDA məlumat yayıb.
Küçələrin ümumi uzunluğu 1 150 metr təşkil edir. Küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol əsasının salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
Qeyd edək ki, Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 kilometr küçə və yolun təmiri aparılır.