Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan şəxslərin, 17 yaşlı Ağaşirin Ağayev, 16 yaşlı Abid Aslanov və 15 yaşlı Anar Aslanovun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.