ABŞ-nin Los-Anceles şəhərində 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib. Bu barədə 13 mart tarixində İnsanoid məlumat verir.
İlk elan edilən qaliblər arasında “Pinokkio Qilyermo del Toro” cizgi filmi olub. “Pinokkio Qilyermo del Toro” ən yaxşı cizgi filminə görə mükafat alıb.
Amerika Kino Akademiyasının məlumatına görə, ikinci planda ən yaxşı aktyor “Hər şey, hər yerdə və dərhal” filmində oynayan Ke Hyu Kuan olub. Aktrisa Ceymi Li Kertis filmdə ən yaxşı ikinci plandakı roluna görə mükafat alıb.
Mişel Yeoh “Hər şey, hər yerdə və dərhal" filmindəki roluna görə "ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.
Eyni zamanda rejissorlar Den Kvan və Daniel Şeynert “Hər şey, hər yerdə və dərhal" filmindəki işlərinə görə "Oskar" mükafatını qazanıblar. Den Kvan və Deniel Şaynertin "Hər şey, hər yerdə və dərhal" filmi paralel kainatlarda bir qadının şərlə mübarizəsindən bəhs edir.
Amerika aktyoru Brendan Freyzer "Balina" ("The Whale") filmindəki roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar" mükafatını alıb.
[gallery link="file" size="full" ids="108866,108864,108865"]