İnsanoid Azərbaycanın yerli aksesuar brendlərini araşdırıb və oxucularına məhsulların çeşid və qiymətlərini təqdim edir.
Minali_silver brendinin məhsulları müəllif-dizayner, rəssam-dekorator, usta-zərgərlər tərəfindən hazırlanır. Alıcılar 925 əyar gümüş və 24 karat qızıl örtüklü zinət əşyalarını öz zövqlərinə uyğun sifariş edə bilərlər. Sifariş 10 iş günü ərzində hazır olur. Qiymətlər 40 manatdan başlayır. Bu gümüş məhsulları şəhərin üç ünvanından əldə etmək olar. Həmçinin çatdırılma da mövcuddur.
[gallery size="large" link="file" ids="44067,44065,44066"]
Sacria_bags_atelier brendinin yaradıcısı olan gənc dizayner Fidan xanım dörd müxtəlif ölçülü çanta və pulqabılar hazırlayır. Məhsullar Türkiyə və İndoneziya istehsallı parçalardan düzəldilir. Qiymətlər isə 95 manatdan başlayır.
[gallery size="large" link="file" ids="44072,44070,44071"]
BUTALI milli brendi Azərbaycanın ənənəvi motivləri, milli ornament və rəmzlərinə əsaslanan müasir zinət əşyaları təqdim edir. Alıcılar brendin 5 ünvanda yerləşən mağazalarından müxtəlif dizaynlı sırğa, qolbaq, üzük və boyunbağılar əldə edə bilərlər. Burada qiymət diapazonu 30-190 manat civarındadır.
[gallery size="large" link="file" ids="44054,44053,44055"]
Elff brendinin yaradıcısı Elnarə Mirsəlimova öz müştərilərinə broş, saç aksesuarları, sırğa və qol bilərzikləri təqdim edir. Müsahibimiz söyləyir ki, bütün məhsulları öz əlləri ilə və ən əsası, keyfiyyətli materiallardan hazırlayır. Saç aksesuarlarının qiyməti - 30, Svarovski krastarları ilə hazırlanan məhsulların qiymətləri 50 manat və daha yuxarıdır. Bundan əlavə, burada qızıl və gümüş əşyaların sifarişi qəbul olunur. Məhsulların satışı onlayn həyata keçirilir.
[gallery size="large" link="file" ids="44073,44075,44074"]
İncə saç aksesuarlarını sevən xanımlar lunadies_ səhifəsinə müraciət edə bilərlər.
[gallery size="large" link="file" ids="44081,44080,44082"]
2019-cu ildən fəaliyyət göstərən babaeva.accessories.bags brendi vintaj tərzdə çanta və aksesuarlar istehsal edir. Məhsulların qiymətləri 15-75 manat aralığında dəyişir. Müştərilər sifarişlərini onlayn şəkildə edə bilərlər.
[gallery size="large" link="file" ids="44083,44084,44085"]
Dövlət Rəssamlıq Akademiyasının məzunu Nilufər Tağıyeva bynil brendini təqdim edir. Burada əl işi olan broş, sırğa, boyunbağı və saç aksesuarları satılır. Nilufər xanım xüsusi vurğulayır ki, brendinin özəlliyi hər bir xanımı fərqli və seçilən etməkdir. Məhsulların satışı onlayn qaydada aparılır, qiymət isə minimum 15 manatdan başlayır.
[gallery size="large" link="file" ids="44088,44086,44087"]