Daha əvvəl səkkiz beynəlxalq festivalın qalibi olmuş “Qız qalası” müstəqil qısametrajlı melodramının rəsmi treyleri təqdim olunub. Bu barədə 14 fevral tarixində İnsanoid məlumat verir.
Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayevdir. “Qız qalası” melodramı İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda qalib olub.
Filmin quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, saundtreki isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur.
Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər.
“Qız qalası” filminin süjeti hər birinin öz həyatı, şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfi görüşündən bəhs edir. Lakin tanışlıq zamanı hər ikisi “öz adamı” ilə görüşdüyünü anlayır.
Filmin Azərbaycanda premyerası 2023-cü ilin mart ayında keçiriləcək.