top
Adrenalin dolu idman növləri: məkanlar və qiymətlər
13 may 2022, 23:23
- +

Adrenalin dolu idman növləri: məkanlar və qiymətlər

İnsanoid Azərbaycanda məşğul ola biləcəyiniz bir neçə ekstremal idman növü haqda araşdırma aparıb:

Əsl adrenalin hissini yaşamaq istəyənlər yamac paraşütü ilə uçuş həyata keçirə bilərlər. “AirGame Paraglading”də solo təlim və tandem uçuş xidmətləri mövcuddur.

Solo - 1 ay davam edən təlimdir. Təlimi bitirən şəxs müəyyən yüksəkliklərdə uyğun külək limitləri daxilində tək uçuş edə bilər. Qiymət: qrupda (4 - 6 nəfər) 500 manat, fərdi isə 1 000 manatdır. Ödənişi hər mərhələ üçün ayrı-ayrılıqda, 3 taksitlə ödəmək də mümkündür. Uçuş təlimi Pirəkəşkül, Qobustanda keçirilir.

Tandem - təcrübəli pilotla birlikdə eyni paraşütdə edə biləcəyiniz uçuş növüdür. Hər hansısa təcrübəyə gərək yoxdur. Qırızdəhnədə (Quba) uçuş üçün 150, Beşbarmaqda (Siyəzən) isə 100 manat ödəmək lazımdır.

Qeyd edək ki, GoPro kamerası ilə edilən çəkiliş müştəriyə hədiyyə olaraq təqdim edilir.



Yaxınlaşan qızmar yay günlərində Xəzər sahillərində dənizdə üzməklə yanaşı, vindsörfinq üzrə məşğələlərə də qatılmaq olar. Mərkəz Şıxov çimərliyində “Ramada” və “Mambo Beach” ərazisində yerləşir. Təlim 2 saat davam edir. 30 - 45 dəqiqə sahildə nəzəriyyə dərsi keçirilir, qalan müddət isə dənizdə praktikaya həsr olunur.

Başlanğıc dərsdə 2 - 3 nəfərdən ibarət qrup olur. Qiymət bir nəfər üçün 60 manatdır. Bu qiymətə hotel xidmətlərindən faydalanmaq da daxildir (hovuz, çimərlik, geyinmə-soyunma otağı, duş, dəsmal).


 











View this post on Instagram























 

A post shared by Windsurfing Baku (@windsurfingbaku)


Bakıda dayvinq idman növü ilə də məşğul olmaq olar. İyundan oktyabr ayınadək dənizdə sualtı gəzinti təşkil edilir. Qiymət şəkil və video ilə birgə 60 manatdır. Yaya qədər isə dərslər Su İdmanı Sarayında 6 metrlik hovuzda keçirilir. Qiymət 100 manatdır.

5 günlük kurs (3 gün nəzəriyyə, 2 gün təcrübə) keçənlərə beynəlxalq sertifikat verilir. Onlara, həmçinin yayda dənizdə 2 sualtı gəzinti pulsuz təşkil edilir. Kurs müddətində lazım olan bütün avadanlıq, çəkiliş daxil qiymət 600 manatdır.



Hündürlükləri, zirvələri fəth etməyi sevənlər “Explore Mountains” komandası ilə yürüşlərdə iştirak edə bilərlər. 28 - 29 may tarixlərində 3 740 metr hündürlükdə yerləşən Cümhuriyyət zirvəsinə tur keçiriləcək. Zirvəyə uğurla çıxmış bütün iştirakçılara sertifikat verilir. Qiymət bir nəfər üçün 170 manatdır. 

İyunda, həmçinin Zəfər zirvəsinə (4 301 metr) və Türkiyədə Ağrı dağına (5 137 metr) yürüş təşkil ediləcək.



Qəzalar və bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına riayət etməyi unutmayın. Dərslər ərzində təlimatçıların köməyindən istifadə edin.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
08 aprel 2026, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
08 aprel 2026, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
08 aprel 2026, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Oxşar xəbərlər