Aprel ayında Bakı şəhərində bir sıra konsertlərin, tamaşaların keçirilməsi nəzərdə tutulub. İnsanoid həmin dövr ərzində təşkil olunacaq tədbirlərin bəziləri haqda məlumat toplayıb.
Rus bəstəkarı və pianoçu Evqeniy Qrinko 2 və 3 aprel tarixlərində Heydər Əliyev Sarayında öz sevənləri qarşısında konsert proqramı ilə çıxış edəcək. O, “Valse” adlı əsəri ilə populyarlaşıb. Biletlərin qiyməti 40 - 220 manat arasında dəyişir.
Keçmişin ab-havasını bəxş edən “Bir zamanlar Çikagoda” tamaşası aprelin 9-da rus dilində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. 19:00-da başlayacaq tədbirə qatılmaq üçün qiyməti 15 - 30 manat civarında olan biletləri almaq olar.
3-9 yaşlı uşaqlar üçün aprelin 16-da "Nağılı tap-5" adlı şənlik təşkil ediləcək. Azyaşlılar nağıl qəhrəmanlarını görəcəklər, sual və cavablarda aparıcılarla oynayacaqlar və hər bir hekayədəki personajlardan hansının “yaxşı”, kimin “pis” olduğunu qərar verəcəklər. Saat 12:00-da Akademik Rus Dram Teatrında baş tutacaq tədbirə giriş biletləri 5 manata satılır.
Aprelin 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kung-Fu Panda” interaktiv musiqili tamaşa səhnəyə qoyulacaq. Teatrın repertuarında "Çikaqo", "Böyük Qetsbi", "Burlesk" və digər əsərlər var. Biletlərin dəyəri 5 - 25 manatdır.
Türkiyə pop müğənnisi Mustafa Ceceli aprelin 23-də Bakı Konqres Mərkəzində konsert verəcək. Biletlərin qiyməti 40 - 170 manatdır. Tədbir saat 20:00-da start götürəcək.
İnsan davranışlarının təhlilində mütəxəssis səviyyəsi almış yazıçı Gökhan Çınar 24 aprel tarixində “Səni dayandıran nədir?” adlı seminar keçirəcək. Tədbir zamanı insanları dayandıran daxili maneələrin aşılması, real çətinliklərlə beyində yaradılan çətinliklərin fərqi təhlil ediləcək. “Fairmont Baku”da gözlənilən tədbir saat 15:00-dan 17:00-dək davam edəcək. Biletlərin dəyəri: 40 - 60 manatdır.
Vyana Ştraus Festival Orkestrinin aprelin 28-də Heydər Əliyev Mərkəzində növbəti konserti təşkil ediləcək. Orkestrin yaradıcısı və bədii rəhbəri avstriyalı skripkaçı və dirijor Peter Qutdur. Biletlərin qiyməti sıra və yerdən asılı olaraq 30 - 220 manat aralığındadır.
Bəstəkarımız Tofiq Quliyevin 105 illiyinə həsr olunan “Bizi yaşadan nəğmələr” adlı konsert Heydər Əliyev sarayında tamaşaçılara təqdim olunacaq. Bu gecədə Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev və digərləri iştirak edəcək. Tədbir 28 və 29 apreldə saat 21:00-da keçiriləcək. Biletlərin qiyməti 10 - 80 manat təşkil edir.
Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportunun və ya immun sertifikatının olması zəruridir. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.