top
Azərbaycan əcnəbinin gözü ilə: səyahətçi-blogerlə müsahibə
17 mart 2022, 02:24
- +

Azərbaycan əcnəbinin gözü ilə: səyahətçi-blogerlə müsahibə

İnsanoid TikTok-da öz səyahətləri barədə yayımladığı videolarla 35 mindən çox izləyici toplayan Viktoriya Razminoviçdən eksklüziv müsahibə alıb.

– Özünüz haqqında bir az məlumat verin. Bakıya necə köçdünüz?

– Mən Latviyada doğulmuşam. Bakıya anamla birlikdə köçmüşük. Yeni ölkəni kəşf etmək onun təşəbbüsü idi. O, Azərbaycanı çox sevdi.

@victoriarazminovich #Azerbaijan #Baku ♬ оригинальный звук - Victoria Razminovich

– Sizi bloq yaratmağa və Azərbaycanda maraqlı məkanlar çəkməyə nə ilhamlandırdı?

– Buna məni Azərbaycanın təbiəti ruhlandırdı. Azərbaycan çox zəngin ölkədir, çox gözəl yerləri, dadlı mətbəxi var. Həyat yoldaşımla tez-tez şəhərdən kənara şəlalələrə və dağ göllərinə səyahət etməyə başlayanda orada nə qədər az adam olduğuna təəccübləndim. Təəssüf ki, Azərbaycanda restoranlar bəzi qeyri-adi gözəl yerlərdən daha populyardır. Kəşf etdiyim yeni yerlər haqqında digərləri ilə də bölüşmək istədim.

– Yeni bir ölkədə sizi daha çox nə heyran etdi?

– Mən tamamilə hər şeyə təsirləndim, çünki Azərbaycan əvvəllər olduğum və böyüdüyüm ölkələrdən çox fərqlənir. Ona görə də mən buradakı mentalitetə, həyat və ünsiyyət tərzinə yenidən alışmalı oldum.

@victoriarazminovich #azerbaijan #baku ♬ оригинальный звук - Victoria Razminovich

– Hansı səyahət sizin üçün ən çətin olub?

– Ən çətinlərdən biri Gədəbəydəki Namərd Qalaya səfər idi. Səbəb isə marşrutu bilmədiyimiz və qalxmağın çətin olması olub. Muçuq şəlaləsinə gedəndə də belə oldu. Buna görə səyahətə çıxan hər kəsə məsləhət görürəm ki, marşrutu əvvəlcədən öyrənsin və ya artıq bu yerlərdə olmuş və yolu bilənlərlə getsin.

– Novruz bayramı yaxınlaşır. Təcrübəli səyahətçi kimi bu tətildə oxucularımıza hara getməyi tövsiyə edərdiniz?

– Məsləhət görürəm ki, hələ olmadıqları yerlərə, məsələn, Qaxdakı isti bulaqlara və ya flaminqolar uçmazdan əvvəl onlara baxmağa getsinlər. Həmçinin çoxlu idman turlarımız var və təbii ki, paraplanla uçmağı tövsiyə edərdim. Bu, həqiqətən unudulmaz emosiyalardır və mən çox istəyirəm ki, Azərbaycanda daha çox müxtəlif idman növləri inkişaf etsin.

– Burada heç elə xoşagəlməz hallarla qarşılaşmısınızmı ki, artıq evə qayıtmağı düşünürdüz?

– Mən Bakıya təzə köçəndə mentalitetlə bağlı belə hallar olub. Yeni şəraitə alışmaq çətin idi. Mənə elə gəldi ki, burada insanlar gülmür və çox qapalıdırlar. Lakin vaxt keçdikcə öyrəşməyə başladım və burada dostlar tapdım.

@victoriarazminovich #azerbaijan #baku ♬ оригинальный звук - Victoria Razminovich

– Azərbaycana yeni köçmüş insanlara nə məsləhət görərdiniz?

Məsləhət görərdim ki, Bakıda rahat gəzə bilmək üçün əvvəlcə şəhəri öyrənəsiniz. Yerlilərlə daha çox ünsiyyət qurun, milli mətbəxlə tanış olun. Bakıda insanlar çox qonaqpərvərdirlər və şəhər, mətbəx və tarixləri haqqında danışmaqdan məmnundurlar. Yerli həyatla tanış olmağa başlayanda özünü o qədər də yad hiss etmirsən.

Instagram: victoriarazminovich

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:42

Bazar gününün havası açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 11:50

İran Hörmüz boğazında yerləşdirdiyi bütün minaları aşkar edə və zərərsizləşdirə bilmir - NYT

Bütün Xəbərlər
Bu gün, 09:52

Premyer Liqanın XXVII turunda bu gün daha 3 oyun keçiriləcək

Bütün Xəbərlər
Dünən, 17:57

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Bütün Xəbərlər
Dünən, 17:15

Xocavəndə qayıdan 101 yaşlı nənənin həyat hekayəsi: "Gəldim ki, toyumdu"

İdman
Dünən, 17:05

Azərbaycan üçün tarixi gün: Avropa çempionatında bir neçə rekord göstərici qeydə alınıb

Bütün Xəbərlər
Dünən, 15:54

Azərbaycan volebolunun ulduzu ana olub - Natalya Məmmədovanın AÇIQLAMASI

Bütün Xəbərlər
Dünən, 15:46

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassız

Bütün Xəbərlər
Dünən, 15:07

"Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, əsəbləşdim" — Keflənib kafeni bir-birinə qatdı

Bütün Xəbərlər
Dünən, 13:17

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Dünən, 13:02

Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR

Bütün Xəbərlər
Dünən, 12:09

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bütün Xəbərlər
Dünən, 11:39

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiyanın tətbiqi son oxunuşda qəbul olunub

Bütün Xəbərlər
Dünən, 11:17

Bakı aeroportu sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:59

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 10:55

Qanunsuz torpaq satan Fatmayı bələdiyyəsinin sədri barəsində cinayət işi işi başlanılıb

Bütün Xəbərlər
09 aprel 2026, 16:41

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bütün Xəbərlər
09 aprel 2026, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
09 aprel 2026, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
09 aprel 2026, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
09 aprel 2026, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
09 aprel 2026, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
09 aprel 2026, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
09 aprel 2026, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Oxşar xəbərlər