Azərbaycanda qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib. İnsanoid.com bu barədə Apa.az-a istinadən xəbər verir.
Eksponat Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisində tapılıb. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin sözlərinə görə, bu tapıntı bölgə tarixi üçün maraqlı bir yenilikdir.
A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu və hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Yaxında bölgəyə aid minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı olacaq.