Bakının idman zallarının təklif etdiyi qiymətləri İnsanoid araşdırıb sizlərə təqdim edir.
TheClub PortBaku-da fitneslə yanaşı, üzgüçülük, yoqa, pilates, boks da var. Zalın illik ödənişi 3 200 manatdır. Əlavə 1 saatlıq məşqçi 12 dərs üçün 500 manatdır. Aylıq ödənişə daxildir: hovuz, sauna, buxar otağı, divara dırmaşma.
1 aylıq - 400 AZN
3 aylıq - 1 100 AZN
6 aylıq - 1 950 AZN
12 aylıq - 3 200 AZN
[gallery columns="1" size="full" link="file" ids="39407"]
Koala parkın yaxınlığında yerləşən Aquarius-da 1 ay limitsiz üzvlük 250 manatdır. Qiymətə hamam, sauna və üzgüçülük də daxildir. Bu məkan müştərilərə diyetik menyu da təklif edir.
Məşqçi - əlavə 200 AZN
1 gün - 45 AZN
[gallery columns="1" size="full" link="file" ids="39408"]
1st Fitness&Spa mərkəzi Vurgun Residence-də hər gün səhər saat 6-dan axşam 11-dək fəaliyyət göstərir. Məşqçilər ümumi və qadın zallarında 08:00 - 22:00 saatlarında nəzarət edir. Məşqçi ilə fərdi məşğul olmaq istəyənlər isə əlavə 200 manat ödəməlidir. Burada aylıq üzvlük qiymətinə sauna, üzgüçülük və mat pilates də daxildir:
1 ay - kişilər üçün 250, qadınlar üçün 160 AZN
3 ay - kişilər üçün 600, qadınlar üçün 400 AZN
1 illik - kişilər üçün 1 500, qadınlar üçün 1 200 AZN
Bir günlük - 35 azn
Məşqçi - əlavə 200 AZN
Pilates qrup şəklində həftədə 2 dəfə - 150 AZN, 3 dəfə - 200 AZN, individual olaraq isə 8 dərs - 250 AZN, 12 dərs - 350 AZN.
[gallery columns="1" size="full" link="file" ids="39413"]
JV Fitness-in Hacıbəyov və Nizami filiallarında bir günlük giriş 12 manat, Şərifzadə filialında isə 8 manat təşkil edir. Məşqçilərin qiyməti 150 manatdan başlayır. Üzvlük kartının açılmasına görə əlavə olaraq 10 manat ödəniş edilir.
Nizami və Hacıbəyov filialı:
8 gediş - 75 AZN
12 gediş - 90 AZN
Limitsiz - 120 AZN
Məşqçi - əlavə 150 AZN
Tək gediş - 12 AZN
Şərifzadə filialı:
8 gediş - 60 AZN
12 gediş - 65 AZN
Limitsiz - 80 AZN
Tək gediş - 8 AZN
[gallery columns="1" size="full" link="file" ids="39414"]
Bəsti Bağırova küçəsində yerləşən Fitway idman mərkəzində aylıq limitsiz üzvlüyə sauna, yoqa və aerobika daxildir. Burada yalnız ümumi zal mövcuddur. Sözügedən idman mərkəzi, həmçinin diyetik yeməklər təqdim edir (Fitway Food) və ünvana çatdırır.
1 ay - 110 AZN
Məşqçi - əlavə 150 AZN
Fərdi məşqçi - 500 AZN
Pilates 8 dərs - 120 AZN, 12 dərs - 150 AZN
Bir günlük üzvlük xanımlara - 15 AZN, bəylərə - 20 AZN
[gallery columns="1" size="full" link="file" ids="39415"]
4life fitness Globus center-in 10-cu mərtəbəsində yerləşir. Limitsiz gediş 1 aylıq 100 manat təşkil edir. Fərdi məşqçi isə əlavə 300 manatdır.
1 gün - 15 AZN
12 gediş - 80 AZN
Limitsiz - 100 AZN
Məşqçi qrup şəklində - əlavə 150 AZN
Box - 80 AZN
Stretching 12 dərs - 70 AZN
[gallery columns="1" size="full" link="file" ids="39416"]
Metropark-da yerləşən Limak Fitness Mərkəzi 08:30-dan 22:30-dək işləyir. Burada kişi və qadın zalları ayrıdır.
8 gediş - 60 AZN
12 gediş - 70 AZN
16 gediş - 80 AZN
Limitsiz məşqçi ilə - 90 AZN
[gallery columns="1" size="full" link="file" ids="39417"]
9-cu mikrorayonda yerləşən Vegas idman mərkəzi-də aylıq ödəniş 90 manat təşkil edir. Bu qiymətə sauna və aerobika da daxildir.
1 gün - 12 azn
8 giriş - 60 azn
12 giriş - 70 azn
1 ay - 90 azn
Üzgüçülük: Qadınlar üçün 1, 3, 5-ci günlər - 80 azn. Kişilər üçün 2, 4, 6, bazar - 90 azn.
[gallery size="full" columns="1" link="file" ids="39418"]
Aşıq Molla Cümə küçəsi və 3-cü mikrorayonda fəaliyyət göstərən Go Fitness qadınlar üçün bəylərdən daha ucuz başa gəlir:
1 ay - 150 AZN
6 ay - 300 AZN
12 ay - 600 AZN
Qadınlar üçün: 8 gediş - 40 AZN
12 gediş - 50 AZN
16 gediş - 60 AZN
Limitsiz - 70 AZN
Bəylər üçün: 8 gediş - 50 AZN
12 gediş - 60 AZN
16 gediş - 70 AZN
Limitsiz - 80 AZN
[gallery columns="1" size="full" link="file" ids="39419"]
Evolution Gym Legion 28 May yaxınlığında yerləşərək ümumi zalı günlük 7 manata təqdim edir. Bu idman zalında da xanımlar və bəylər üçün qiymətlər fərqlənir:
Qadınlar üçün: 12 gediş - 30 AZN
Limitsiz - 40 AZN
Bəylər üçün: 12 gediş - 40 - 50 AZN
Limitsiz - 60 AZN
Məşqçi - 200 AZN
Bir gediş - 7 AZN
[gallery size="full" columns="1" link="file" ids="39421"]